Avropada bütün yarışlar dayandırıla bilər
Koronavirus epidemiyasına görə Avropada bütün yarışlar sentyabradək dayandırıla bilər.
Sportline.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Qeyd edilir ki, İngiltərə Premyer Liqası və başqa Avropa liqalarının rəhbərləri çempionatların sentyabra qədər yenilənməməsinə hazırdır. UEFA AVRO-2020-ni təxirə salmağa və bütün qitə üzrə futbol matçlarının keçirilməsini dayandırmağa hazırdır.
Daha əvvəl bildirilirdi ki, UEFA 17 martda keçiriləcək konfransda Avropa çempionatının 2021-ci ilə təxirə salınması haqqında da rəsmi qərarı elan edəcək.