Avropanın daha bir ölkəsi çempionatı yekunlaşdırdı

Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə yekunlaşdırılıb. 

Sportline.az xəbər verir ki, qərar, yerli hökumətin GFA-ya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirdikdən sonra qəbul edilib. 

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. 

Turnir cədvəlində 17 oyundan sonra 49 xalla 1-ci pillədə qərarlaşan "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. 

Bildirilib ki, ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək. 

Cəbəllütariq çempionatında 6 komanda mübarizə aparır. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.