Avropanın ən yaxşı braziliyası
Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu müəyyənləşib.
SportLine.az xəbər verir ki, bu ada “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyo layiq görülüb. Ona ənənəvi “Samba d'Or” mükafatı təqdim edilib.
Qeyd edək ki, Koutinyo (32.13 faiz) bu sorğuda 2014 və 2015-ci illərdə mükafatın qalibi olan “Barselona”lı Neymarı (27.88) qabaqlayıb. Üçüncü yeri “Real”lı Kazemiro (13.35) tutub.