Avstraliya da Olimpiada ilə bağlı qərar verdi

Kanadanın ardınca, Avstraliya höküməti də 2020 Tokio Yay Olimpiya Oyunlarına idmançı göndərməyəyini açıqlayıb.

Sportline.az xəbər verir ki, qərarın verilməsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışı təxirə salmaqla bağlı tərəddüdləri səbəb olduğu bildirilir. BOK prezidenti Tomas Bax deyib ki, turnirlə bağlı yaxın 4 həftə ərzində qərar veriləcək.

Bununla belə, o qeyd edib ki, Yaponiyada koronavirusla bağlı vəziyyət müsbətə doğru dəyişir. Buna görə də, o, Yay Olimpya Oyunlarını keçiricəklərinə ümid etdiyini deyib.

Qeyd edək ki, oyunlar 24 iyul – 9 avqustda keçirilməlidir.