"Ayaks" koronavirusdan belə qorunur

“Ayaks”ın əsas və gənclərdən ibarət komandası bu həftədən məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, A komandanın 24 oyunçusundan 12 nəfər bir, digər 12 oyunçu başqa gün qrup halında (hər qrupda 3 futbolçu və 1 məşqçi olmaqla) məşq edir. Bu zaman bir metr yarımlıq sosial məsəfə saxlanılır.

Maraqlıdır ki, futbolçuların çoxu tibbi əlçək taxmaqla məşq edir.

Xatırladaq ki, koronovirus pandemiyası səbəbindən Niderlandda 2019/20 mövsümü erkən başa çatdırılıb.