"Ayaks" - "Mançester Yunayted" finalı bu hakimlərə tapşırıldı
UEFA Avropa Liqasının final görüşünü idarə edəcək hakimlər müəyyənləşib.
SportLine.az xəbər verir ki, "Ayaks" və "Mançester Yunayted" komandaları arasında keçiriləcək matç Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub. Oyunda əsas söz sahibi Damir Skomina olacaq. Ona həmvətənləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Əlavə hakim köməkçiləri funksiyasını Matey Yuqla Slavko Vinçiç yerinə yetirəcək. Hakimin ehtiyat köməkçisi isə Tomaş Klançnik olacaq. İtaliyalı Canluka Rokki isə dördüncü hakim kimi matça təyinat alıb.
Qeyd edək ki, final İsveçin paytaxtı Stokholmda oynanılacaq.