"Ayaks"dan "Başakşehir"ə

Transfer çalışmalarını davam etdirən "Başakşehir" "Ayaks"ın oyunçusu Oven Viyndalı gündəminə alıb.

Sportline.az jurnalist Nikolo Skiraya istinadla xəbər verir ki, "Başakşehir" sol cinah müdafiəçisi mövqeyində çıxış edən oyunçunu heyətinə qatmaq üçün Niderland klubu ilə danışıqlara başlayıb.

İstanbul klubu 24 yaşlı futbolçunu icarə əsasında transfer etmək istəyir.

"AZ Alkmar"ın yetirməsi olan Viyndal 2022-ci ildə 10 milyon avro qarşılığında "Ayaks"a keçib.

Qeyd edək ki, futbolçunun Amsterdam klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.