"Ayaks"ı ispaniyalı mütəxəsis çalışdıra bilər
Niderlandın “Ayaks” klubu yayda yeni baş məşqçi təyinatına hazırlaşır.
Sportline.az xəbər verir ki, Amsterdam təmsilçisinin əsas namizədi hazırda Miçel hesab olunur. Klub daxilində onun prioritet seçim olduğu bildirilir.
Daha əvvəl Arne Slot adı gündəmə gəlsə də, “Ayaks” rəhbərliyi əsas diqqəti məhz ispan mütəxəssisə yönəldib.
Bununla yanaşı, “Ayaks” mümkün problemləri nəzərə alaraq üç nəfərlik qısa siyahı da hazırlayıb. Klub Miçellə razılıq əldə olunmasa, alternativ variantlara keçəcək.
Hazırda "Jirona"nı çalışdıran Miçelin yayda komandadan ayrılması mümkündür. “Jirona” rəhbərliyi artıq potensial əvəzləyiciləri dəyərləndirməyə başlayıb.
Qeyd edək ki, Miçel son mövsümlərdə “Jirona” ilə göstərdiyi uğurlu performans sayəsində Avropanın diqqətini üzərinə çəkib.