"Ayaks"ın gənc futbolçusu Avropa nəhənglərinin radarına düşüb
"Ayaks"ın belçikalı futbolçusu Jorti Mokio Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Barselona", "Mançester Yunayted", "Çelsi", "Real Madrid" və "Mançester Siti" 17 yaşlı oyunçu transfer etmək istəyən klubların siyahısında yer alır.
Jorti Mokionun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 8 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçunun "Ayaks"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.