Ayın ən yaxşı baş məşqçisi bəlli olub
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyən olunub.
Sportline.az xəbər verir ki, "Çelsi"nin çalışdırıcısı Entso Mareska ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə liqanın mətbuat xidməti açıqlama yayıb.
İtaliyalı mütəxəssisin komandası noyabr ayında Premyer Liqada keçirdiyi 4 qarşılaşmada 3 dəfə qalib gəlib, 1 matçda isə heç-heçə edib.