Ayın ən yaxşı futbolçusu açıqlandı

Fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, təbrikləri "Liverpul"un forvardı Məhəmməd Salah qəbul edib.

Misirli hücumçu ötən ay keçirdiyi oyunlarda 6 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Salah bu mükafata 7-ci dəfədir layiq görülür.

32 yaşlı futbolçu bununla Serxio Aqueyro və Harri Keynin göstəricisini təkrarlayıb.