Ayşən Əbdüləzimovanın növbəti uğuru

Milli voleybol komandamızın üzvü Ayşən Əbdüləzimova Macarıstan kubokunun sahibi olub.

Sportline.az xəbər verir ki, onun şərəfini qoruduğu "Vaşaş" finalda "Bekeşçabu"ya 3:2 hesabı ilə qalib gələrək kuboka yiyələnib. 

Qeyd edək ki, "Vaşaş"ın işləri ölkə çempionatında da qaydasında gedir. 

Son çempion müntəzəm mövsümdə lider kimi pley-offa adlayıb.