Ayxan Abbasova xəbərdarlıq olundu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub, yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. “Qəbələ” ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.