AZAL cəzalandırılan oyunçu ilə yolları ayırdı

AZAL futbolçusu Alamadine Omeqa Robertslə yollarını ayırıb.

SportLine.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəisi Eldəniz Məmmədov məlumat verib.
 
O bildirib ki, oyunçu Topaz  Premyer Liqanın 21-ci turunda “Kəpəz”lə matçda yerdə yıxılan rəqibinə təpik vurduğu üçün bu qərar verilib.

A.O.Robertslə sabah müqaviləyə xitam veriləcək.

Qeyd edək ki, Omeqa Robertsin bu hərəkəti matçın gedişində hakimin gözündən yayınsa da, AFFA-nın İntizam Komitəsi bunu cəzasız qoymayıb. “Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə onu 3 oyunluq cəzalandırıb. AZAL isə 2400 manat cərimələnib.

Banner