"İnter" "AZAL"a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 18-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

3-cü pillənin sahibi "İnter" autsayder AZAL-ın qonağı olacaq. Uğursuz mövsüm keçirən "təyyarəçilər" zirzəmidən yaxa qurtarmaq üçün qələbəyə iddialıdır. "Bankirlər" isə mövqelərini bir qədər də möhkəmlətmək üçün 3 xal qazanmalıdır.


13 fevral 2017
TPL, 18-ci tur

AZAL – “İnter” 0-1
QOL: Nizami Hacıyev, 84 (1-0)

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”
İlk iki dövrədəki oyunları - 1:3, 0:3

Standings provided by Sofascore LiveScore

Banner