Azarkeşlər arasında qarşıdurma: 1 ölü, 7 yaralı
Braziliya A Seriyasının növbəti turu çərçivəsində keçirilən "Botafoqo" - "Flamenqo" matçı xoşagəlməz hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, qarşılaşmanın keçirildiyi stadionun həndəvərində iki komandanın azarkeşləri arasında toqquşma olub. Fanatlardan biri sinəsindən aldığı güllə yarası ilə dünyasını dəyişib. Daha 7 nəfərin də xəsarət aldığı bildirilir.
Qeyd edək ki, görüş qonaqların qələbəsi ilə nəticələnib - 2:1.