Azarkeşlər "Bavariya"nın oyununu belə izlədilər

Koronavirusla əlaqədar məhdudiyyətlərə baxmayaraq, iki azarkeş Almaniya Bundesliqasının 26-cı turunun "Union" - "Bavariya" görüşünü canlı izləməyə çalışıb.

 
Sportline.az "Bild"ə istinadən xəbər verir ki, onlar, stadionun yaxınlığındakı 12 metrlik ağaca çıxaraq bir müddət oyuna tamaşa ediblər.
 
Amma çox keçməmiş polis onları görüb və ərazidən uzaqlaşdırıb.