Azarkeşlərdən orduya dəstək aksiyası
Futbol komandalarımızın fan klubları da son günlər cəbhədə baş verənlərə biganə qalmayıblar. SportLine.az xəbər verir ki, bu gün metronun "Elmlər Akademiyası" stansiyasından Şəhidlər Xiyabanınadək yürüş edən azarkeşlər Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələr endirən ordumuza müxtəlif şüarlarla dəstək nümayiş etdiriblər. Aksiyada "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" fanatları və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar qatılıb.