Azarkeşlərlə dolu stadionda oyun keçirildi

Koronavirus pandemiyasına görə dayandırılan Vyetnam çempionatı bərpa olunub.

Sportline.az xəbər verir ki, ilk olaraq kubok oyunlarına start verilib. 1/16 final mərhələsində "Nam Din" "Hoanqan Zyalay"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vyetnam hökuməti pandemiyaya baxmayaraq, matçların azarkeşlərin iştirakı ilə keçirilməsinə qadağa qoymadığı oyun dolu tirubunlar qarşısında olub. Mövsümün azarkeşlərin iştirakı ilə bərpa olunması pandemiya dövründə ilk haldır.