'Azərbaycan 2026-cı il Dünya çempionatına iddia etmir'
FİFA prezidenti Cianni İnfantinonun 2026-cı il Dünya çempionatına Azərbaycanın ev sahibliyi etmək istəyi haqda açıqlaması böyük marağa səbəb olmuşdu. SportLine.az xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimov bu gün məsələyə münasibət bildirərək məlumatı təkzib edib. Onun sözlərinə görə, FİFA ilə bu haqda heç bir rəsmi danışıq aparılmayıb.
Xatırladaq ki, FİFA prezidenti Cianni İnfantino bu günlərdə verdiyi açıqlamada 2026-cı il Dünya çempionatına ev sahibliyi istəyində olan ölkələrin sırasında Azərbaycanın da adını hallandırmışdı.