Azərbaycan - Almaniya matçının hakimləri müəyyənləşdi
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçının hakimləri müəyyənləşib. SportLine.az xəbər verir ki, görüş İtaliyadan olan hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.
Xatırladaq ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.