Azərbaycan Almaniyanı məğlub etdi

Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyununu keçirib. Sportline.az xəbər verir ki, komandamız Almaniya seçməsinin startı uğurlu alınıb. Millimiz Orxan Məmmədov, Sabir Allahquliyev və Renat Sultanovun vurduğu qollar sayəsində 3:0 hesabı ilə qalib gəlib.