Azərbaycan Belarusa məğlub oldu
Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Vüqar Əsgərlinin yetirmələri Belarusun U-19 komandası ilə qarşılaşıb.
Bu rəqiblə ikinci dəfə qarşılaşan yığmamız yenə məğlubiyyətə üzülüb. İlk görüşdə 2:0 hesablı qələbə qazanan belaruslular bu dəfə 4:0 hesabı ilə qalib gəliblər.