Azərbaycan çempionatında 8 komanda oynayacaq
Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. SportLine.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında əsas müzakirələr klubların lisenziya məsələsi ətrafında gedib. AFFA prezidenti Rövnəq Abdullayev iclasdan sonra keçirilən brifinqdə bildirib ki: “Qərara aldıq ki, iyunun 13-dək PFL və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun. Həmin görüşdən sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, 8 klub 4 dövrədə çıxış edəcək".
Xatırladaq ki, hələlik 8 klub – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt” lisenziya tələblərini yerinə yetirib.