Azərbaycan çempionatına start verilir

Bu gün taekvondo üzrə Azərbaycan çempionatına start verilir.

Sportline.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Yeniyetmələr arasında yarışlar 24-25 dekabr tarixlərində olacaq. 

Dekabrın 26-27-ində gənc taekvondoçular arasında respublika birinciliyi, dekabrın 28-də isə böyüklər arasında ölkə çempionatı keçiriləcək.