Azərbaycan çempionatında azı 12 komanda olacaq
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.
Sportline.az xəbər verir ki,“Zaqatala”, “Turan Tovuz”, “Kəpəz”, MOİK, “Qaradağ Lökbatan”, “Nefçi-2”, “Qarabağ-2”, “Keşlə2”, “Sumqayıt-2”, “Sabah-2”, “Zirə-2” və “Səbail-2″nin yarışa qatılacağı məlumdur. “Qəbələ” klubunun cavabı da alınandan sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq.
Qeyd edək ki, 2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib.