Bakı klubu italiyalı məşqçi ilə razılığa gəldi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında mübarizə aparan "Lokomotiv" klubunda baş məşqçi dəyişikliyi olub. SportLine.az xəbər verir ki, "dəmiryolçular" italiya mütəxəssis Fransua Salvanyi ilə yollarını ayırıb.

Artıq son turlar ölkə birinciliyində, eləcə də, Çempionlar Liqasında uğursuz nəticələrlə yadda qalan Bakı klubunun yeni baş məşqçisinin də adı bəllidir. Komandaya başqa bir italiyalı çalışdırıcı - Karlo Parisi rəhbər təyin edilib. 

Qeyd edək ki, 45 yaşlı mütəxəssis ötən mövsüm "Busto Arsizio Yamamay" klubunu çalışdırıb.