Azərbaycan çempionatında mövsümün ikinci yarısı nə vaxt başlanacaq?

Futzal üzrə Yüksək Liqada XV turun oyun cədvəli açıqlanıb. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarışına yanvarın 25-də start veriləcək.

2019-cü ilin ilk turu iki gün ərzində keçiriləcək. İki oyun yanvarın 25-də, turun mərkəzi qarşılaşması isə yanvarın 29-da oynanılacaq. Oyunlar yanvarın 25-də Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Liqa
XV tur 

25 yanvar

15:30. Yasamal MFK Baku – Araz
Bakı İdman Sarayı

17:30. Yasamal İSK – Liman
Bakı İdman Sarayı

29 yanvar 

14:30. Xəzər Cənub – Neftçi İK
Bakı İdman Sarayı