Azərbaycan çempionatında növbəti oyunların vaxtı bilindi

Kişilər və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında XI turun proqramı açıqlanıb.

Sportline.az xəbər verir ki, hər iki liqada turun oyunları eyni gündə keçiriləcək.

Kişi voleybolçular martın 9-da, qadınlar isə bir gün sonra meydana çıxacaqlar.

Yüksək Liqa (kişilər)

IV dövrə, XI tur

9 mart

16:00. “Murov” - MOİK

18:00. “Xarı bülbül” - “Neftçi”

Yüksək Liqa (qadınlar)

IV dövrə, XI tur

10 mart

16:00. “Abşeron” - “Azərreyl”

18:00. UNEC - “Murov”