Azərbaycan çempionatında XI tura yekun vurulub

Kişi basketbolçuların 27-ci ölkə çempionatında 11-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, ilk oyunda "Gəncə"BK gözlənilmədən 27-ci çempionatın autsayderlərindən biri olan "Sıçrayış" komandasına məğlub olub 68:78.

Turun ikinci görüşündə "Atom"BK "Atlelik"BK üzərində qələbə qazanıb - 102:94.

Son oyun gününün ilk matçında  "Xırdalan" 2-ci və 3-cü hissələrdə böyük xal fərqi ilə geridə qalaraq, "Zirvə Astara"ya məğlub olub 71- 85 (27-16,14-16,23-17,21-22).

11-ci turun son görüşü daha gərgin mübarizə ilə yadda qalıb. "80-lər" komandası "Sərkərdə" üzərində qələbəyə çox yaxın olsa da, 4-cü hissənin sonlarında vəziyyəti dəyişən "Sərkərdə" matçı qələbə ilə başa vurub. 76:72 (17-24,20-15,17-19,18-18)

11 turdan sonra yarış cədvəlinə 21 xalla "Zirvə" başçılıq edir. "Atom" komandası ondan iki xal geri qalır.  Hərəyə 17 xalı olan "Sərkərdə" və "Gəncə" 3-cü-4-cü yerləri bölüşür. 

Komandalar Oyun Qələbə Məğlubiyyət T/F Xallar
"Zirvə" BK 11 10 1 +189 21
"Atom" BK 11 8 3 +109 19
"Sərkərdə" BK 11 6 5 +36 17
"Gəncə" BK 11 6 5 -5 17
"Atletik" BK 10 5 5 +33 15
"Xırdalan" BK 11 4 7 +15 15
"Sıçrayış" BK 11 4 7 -201 15
"80-lər" 10 0 10 -176 10