Azərbaycan çempionatının oyunu təxirə salındı
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun “Xilə” – “Baku Fire” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Sportline.az xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib.
Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.
Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.