Azərbaycan çempionatının oyunu yarımçıq dayandırılıb

"Neftçi İK" və "Xilə" klubları arasında futzal üzrə Azərbaycan Yüksək Liqasının XIV tur matçı yarımçıq dayandırılıb.

Sportline.az xəbər verir ki, buna qonaq komandanın qapıçısı İmran Məhərrəmovun zədələnməsi səbəb olub.

2-ci dəqiqədə xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib. "Xilə"nin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıblar.

Görüşün nəticəsi barədə AFFA İntizam Komitəsi qərar verəcək.