Azərbaycan çempionatının qalibi bəlli oldu

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videoiclasında ölkədə koronavirusa görə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Aərbaycan Superliqasının davam etdirilməməsinə qərar verilib.

Sportline.az xəbər verir ki, turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan "Zirvə Astara" klubu Azərbaycan çempionu elan olunub. 34 xalı olan "Atom" 2-ci yeri tutub. "Gəncə" isə 32 xalla ilk üçlüyü tamamlayaraq bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.