Azərbaycan çempionu dünyasını dəyişdi

"Rabitə" voleybol klubunun sabiq baş məşqçisi Deyan Brdjoviç dünyasını dəyişib.

SportLine.az xəbər verir ki, 49 yaşlı mütəxəssis yaşadığı evdə vəfat edib.

Polşanın “Şetsin” klubunu çalışdıran Brdjoviç ölkə çempionatında yaranan fasilədə Serbiyaya, ailəsinin yanına yollanıb. Onun ölüm səbəbi, hələ ki, açıqlanmır.

Qeyd edək ki, 2010/2011 mövsümündə "Rabitə" voleybol klubuna Azərbaycan çempionluğunu qazandıran Brdjoviç komandasını Çempionlar Liqasının finalına yüksəldib.