Azərbaycan çempionu Portuqaliya klubunda
“Qarabağ”ın sabiq qapıçısı Vaqner da Silva karyerasını Portuqaliyanın 2-ci liqasında mübarizə aparan “Nasyonal”da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Funşal şəhərinin təmsilçisi 2020/21 mövsümündə Primerada sonuncu yeri tutaraq, aşağı liqaya enib. "Nasyonal" braziliyalı qolkiperin karyerasında Portuqaliyanın üçüncü komandası olacaq. Daha əvvəl 35 yaşlı qapıçı bu ölkədə "Eştoril" və "Boavişta"da çıxış edib.
Qeyd edək ki, Vaqner da Silva 2018-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.