Azərbaycan Fransaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, milli Portuqaliyanın Nazare şəhərində Fransa seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə nəticələnib. Millimizin qollarını 9 və 26-cı dəqiqədə Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Estoniya və İsveçrə seçmələri üz-üzə gələcək.