Azərbaycan futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.

İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki "Romeo Lamadi Arena"da məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Əhmədi (“Aktobe” Qazaxıstan), Əmir Şocayi (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Oktay Rüstəmli (“Baku Fire”).

Qeyd edək ki, sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan yığması beş gün sonra Niderlandı qəbul edəcək.