Azərbaycan güləşçisini uduzduran hakim cəzalandırıldı
Avropa çempionatında ilk gün İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı AGF rəhbərliyi Dünya Güləş Birliyinə şikayət edib. SportLine.az xəbər verir ki, görüş ərzində Rusiyalı idmançı İslamın trikosundan dartaraq müdafiə olunmağa çalışıb, hakimlər isə idmançıya heç bir xəbərdarlıq etməyib. DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya təmsilçisi hakimlər 1 (bir) günlük çempionatı idarə etməkdən məhrum ediliblər.
Xatırladaq ki, güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İslam Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.
Azərbaycan Güləş Federasiyasının məlumatı