Azərbaycan - Gürcüstan matçında qalib müəyyənləşmədi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan millimiz ilk matçına çıxıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Gürcüstanın U-17 yığması ilə üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə başa çatıb – 1:1. Yığmamızın qolunu Aytac Nemətova vurub.