Azərbaycan I Liqa klubu kot-d'İvuarlı futbolçu ilə anlaşıb
Azərbaycan I Liqa təmsilçisi "Mingəçevir" heyətini kot-d'İvuarlı futbolçu ilə gücləndirib.
Klubdan Sportline.az-a verilən məlumata görə, bölgə komandası Donald Ange ilə anlaşıb.
20 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Ange son olaraq Moldova I Liqasında çıxış edən “Saksan”da çıxış edib. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.