Azərbaycan - İran oyununun hakimləri müəyyənləşdi
Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisi yanvarın 23-də və 24-də İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. SportLine.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.
Oyunlar hakim təyinatlarını diqqətinizə çatdırırıq:
23 yanvar
Azərbaycan – İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov
24 yanvar
Azərbaycan – İran
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Qeyd edək ki, Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.