Azərbaycan - İspaniya duelinin hakimləri bəlli oldu

Futzal üzrə Avropa Çempionatının 3-cü turu çərçivəsində keçiriləcək Azərbaycan - İspaniya matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşmanın I hakimi Vladimir Kadikov (Rusiya), II hakimi isə Admir Zahoviç (Sloveniya) olacaq. İtaliyalı Alessandro Malfer əlavə hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, Azərbaycan - İspaniya oyununun start fiti sabah (4 fevral) Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.