Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
Azərbaycanın üç təmsilçisi Almaniyanın Reqensburq şəhərində keçirilən karate-do üzrə Avropa çempionatında medal qazanıblar.
Sportlıne.az xəbər verir ki İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Fuad Əliyev (+80 kq) bürünc medalla kifayətlənib.
Azərbaycan komanda yarışında da fərqlənib. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət heyət Avropa çempionatını üçüncü yerdə başa vurub.
Qeyd edək ki, komandaya yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.