Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi

Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib.

Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.

Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək  fəaliyyətində uğurlar arzulayıb.