Azərbaycan klublarının ÇL arzusu dəfn oluna bilər
Yaxın iki gündə UEFA və qitənin aparıcı klubları avrokubokların keçirilmə qaydalarında ciddi islahatlar aparmağa hazırlaşır. SportLine.az xəbər verir ki, bir müddət əvvəl qitənin ən nüfuzlu klub turniri - Çempionlar Liqasının dəyişikliyə məruz qalacağı haqda məlumat yayılmışdı. Sözügedən yarışın Superliqa ilə əvəzlənəcəyi gözlənilir. Digər məlumatlarda isə yarışın formatına “əl gəzdiriləcəyi” bildirilir. Çempionlar Liqasının tarixə qovuşması Azərbaycan klublarının bu yarışın qrup mərhələsinə yüksəlmək arzularının da dəfn olunması anlamına gəlir. Xatırladaq ki, klublarımız hələ ki, qitənin ən nüfuzlu turnirinin əsas mərhələsinə həsrətdirlər.