Azərbaycan klubunda koronavirus aşkarlandı

Təbrizin "Traktor" klubunun koronavirus testlərinin nəticəsi açıqlanıb.

Sportline.az Cənubi Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın 4 futbolçusunda virus aşkarlanıb.

Oyunçuların adları açıqlanmasa da, onların karantin altına alındıqları bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.