Azərbaycan komandası Olimpiya çempionu oldu

Azərbaycan seçməsi yeniyetmələrin şahmat Olimpiadasının (U-16) qalibi olub.

Sportline.az xəbər verir ki, komandamız Türkiyənin Çorum şəhərində keçirilən yarışın sonuncu - 9-cu turunda Çin komandasını məğlub edib - 2,5:1,5.

Millimiz yarışı 16 xalla başa vurub. 2-ci yeri tutan Özbəkistan 15 xal toplayıb.

Komandamızın heyətində Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva mübarizə aparıblar.

Olimpiadada çıxış edən digər komandamız - Azərbaycan-Naxçıvan 8 xal yığıb.