Azərbaycan Kuboku: "Qarabağ" "Qəbələ"ni, "Kəpəz" isə "İmişli"ni məğlub etdi

Bu gün "Qarabağ" və "Neftçi" futbol üzrə Azərbaycan Kubokunda mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsində I Liqa klubu "Qəbələ"ni, "ağ-qaralar" isə "Difai"ni sınağa çəkəcək.

Bu raundda “Kəpəz” – “İmişli”, “Zirə” – “Şamaxı” və “Sumqayıt” – MOİK oyunları da təşkil ediləcək.

Azərbaycan Kuboku

1/8 final

4 dekabr

16:00. “Qəbələ” – “Qarabağ” 0-2

Qol: Abdullah Zubir, 7, Murad Musayev (ö.q) 90+1

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Munis Abdullayev.

Qəbələ şəhər stadionu

16:00. “Kəpəz” – “İmişli” 1-0

Qol: Karim Lkoça

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Tovuz şəhər stadionu

18:00. “Neftçi” – “Difai”

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

Hakim-inspektor: Ramil Diniyev.

"Neftçi Arena"

19:00. “Zirə” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: İmanxan Sultani.

Zirə İdman Kompleksinin stadionu

19:00. “Sumqayıt” – MOİK

Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.

Hakim-inspektor: Gülağa Cabarov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.