Milli turnirə uğursuz başladı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə mübarizəyə başlayıb. Sportline.az xəbər verir ki, C qrupunda yarışan komandamız ilk oyunda Litva seçməsinə 1:2 hesabı ilə uduzub.
Qrupun digər oyununda Slovakiya və Qazaxıstan milliləri qarşılaşacaq.
Litva – Azərbaycan - 2:1
Qollar: Tadas Paulikas, 44 (1:0), Doğukan Öksüz, 55 (1:1), Edqaras Utkis, 59 (2:1)
Hakimlər: Ranel Ziyakov, Andrey Savin, İvan Bondarenko, Dmitri Smirnov (hamısı Rusiya)