Azərbaycan Macarıstana qarşı
Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçuların Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün 3-cü turda ev sahibi Macarıstanla qarşılaşacaq. Hazırda Covanni Kapraranın komandası qrupda ilk "4-lüy"ə düşmək üçün bu görüşdə mütləq qalib gəlməlidir.
Bu gün C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Avropa çempionatı
C qrupu, III tur
22:30. Macarıstan – Azərbaycan
Budapeşt. Lasso Pappa adına İdman Arenası